Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

BMT Pakistanda insan haqlarının pozulmasından narahatlığını bildirib


BMT Pakistanda yaraqlılara qarşı hərbi əməliyyatlar keçirilərkən insan haqlarının pozulmasından narahatlığını bildirib.

BMT-nin insan haqları komitəsinin rəhbəri Navy Pillay Pakistana dördgünlük səfərinin nəticələri haqqında danışarkən deyib ki, terror və ekstremizmlə mübarizə aparılarkən kütləvi insan haqları pozuntuları olur. Söhbət məhkəmədən kənar edamlar, qanunsuz saxlamalar, adamların itkin düşməsindən gedir.

Bundan əvvəl müstəqil müşahidəçilər Pakistan təhlükəsizlik qüvvələrini Bəlucistan əyalətində kütləvi həbslər və edamlarla bağlı ittiham etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG