Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:51

Ban Ki Moon:"Bashar Assad legitimliyini itirib"


BMT-nin baş katibi Ban Kİ Moon Suriya hakimiyyətini əl Qibeyr kəndində 80 dinc sakinin qətlində itiham edib və bildirib ki, prezident Bashar Assad rejimi artıq legitimliyini itirib.

Ban Ki Moon BMT-nin baş assambleyasının Suriya ilə bağlı xüsusi iclasında çıxış edərkən əl Qubeyrə getmək istəyən beynəlxalq müşahidəçilərin atəşə tutulduqlarını bildirib.

O kənddə törədilənləri barbarlıq adlandırıb və bir daha Bashar Assadı Suriya ilə bağlı sülh planının şərtlərinə əməl etməyə çağırıb.

Həmçinin ABŞ Dövlət katibi Hillary Clinton bir daha Bashar Assadı hakimiyyətdən getməyə çağırıb.
XS
SM
MD
LG