Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:18
Rusiya Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrdən narahatdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəfləri münaqişəni sülh yolu ilə həll etməyə, güc tətbiqindən çəkinməyə çağırır.

Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun digər həmsədrləri ABŞ və Fransa son zamanlar qoşunların təmas xəttində baş verən hadisələrdən narahatlıq bildiriblər.

Bu günlərdə qoşunların təmas xəttində 5 Azərbaycan əsgəri öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG