Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:37

60 rusiyalı məmurun ABŞ-a girişi qadağan edilə bilər


ABŞ nümayəndələr palatasının beynəlxalq məsələlər üzrə komitəsi 60 rusiyalı məmurun ölkəyə girişini qadağan edən qanun layihəsini təsdiqləyib.

Bu “Hermitage Capital” fondunun hüquqşünası Sergey Maqnitskinin təcridxanada müəmmalı ölümü ilə bağlıdır.

Sənəddə həmçinin bu şəxslərin ABŞ-kı bank hesabalarının dondurulması nəzərdə tutulur.

Abba Barack Obama hökuməti qanun layihəsinə qarşıdır.

Rusiya sənədin qəbulunun ikitərəfli münasibətlərə təhlükə olduğunu bəyan edib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün onu Senat da qəbul etməlidir.

Amma sənədin Senatda müzakirəsi təxirə salınıb.

Sergey Maqnitski 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.

“Hermitage Capital” fondu hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
XS
SM
MD
LG