Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 17:57

ABŞ İranı uran zənginləşdirməkdən əl çəkməyə çağırıb


ABŞ Dövlət katibi Hillary Clinton İranı dünya ölkələrilə növbəti görüşdə konkret addımlar atmağa və uran zənginləşdirilməsi üzərində işi dayandırmağa çağırıb.

Hillary Clinton qeyd edib ki, bu iyunun 18-19-da Moskvada keçiriləcək görüşdə qərb ölkələrinin əsas tələbi olacaq.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir, nüvə proqramının din məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG