Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Dövlət Yol Polisinin "divarı" niyə bağlıdır? [VİDEO]


Yol Polisi rəsmisi suallara cavab verir
Gözlə

No media source currently available

0:00 0:54:51 0:00
Direct-ə keçid

Yol Polisi rəsmisi suallara cavab verir

Söhbət DYP-nin Facebook səhifəsindən gedir.İyunun 8-də Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzadlıqFM-in qonağı oldu, Faceook əhlinin suallarına cavab verdi.

- Vaqif bəy, səhifənizi bəyənənlər (DYP-nin Facebook səhifəsi), mən dəqiq sayını deyim, 8765-dir, - yuvarlaq olsun deyə 9 min söyləyirik, - bu say Sizi qane edirmi?

- Hər halda buna siz daha düzgün qiymət verə bilərsiniz. Amma əgər bu qədər istifadəçi arasında təbliğat apara bilmişiksə, deməli, müsbət göstəricidir.

- FB səhifəsinin idarəçiləri (adminləri) maaş alırlarmı?

- Yox, onlar könüllülərdir. Təbliğat işinin gücləndirilməsi yol-nəqliyyat hadisələrinin azalmasına səbəb olur.

- Amma səhifənin divarı bağlıdır. İstifadəçilər istəsələr də heç nə yaza bilmirlər...

- Bunun da müxtəlif səbəbləri var, bilirsiz ki, internet istifadəçiləri yarızarafat, yarıgerçək istənilən ifadələr yazırlar. Bizim tərəfimizdən də gərək ciddi nəzarət olsun ki, belə nöqsanlara yol verilməsin.

- Bunu senzura kimi qarşılamaq olar?

- Hər halda bu Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai səhifəsidir. Bu səhifə vasitəsilə yol-hərəkəti haqqında qanunun təbliğat işlərini aparırıq. Bizim səlahiyyətimizə daxil olan budur.

- Səhifəyə gələn şikayətlər silinir?

- Yeni cərimə məbləğləri

- Eurovision zamanı tıxacsız Bakı fenomeninə necə nail olunduğiu

- Gürcüstandakı polis islahatına münasibət


və sair suallara DYP rəsmisinin cavablarını eşitmək üçün videoya bax (yazının əvvəlində) və
Proqramı burada dinlə

XS
SM
MD
LG