Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Saxlanma təcridxanalarında pozuntular aşkarlanıb


Tovuz, Şəmkir və Gədəbəy polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında saxlanma şəraiti və sənədləşmə ilə bağlı pozuntular aşkar edilib.

Bu haqda Ombudsman Aparatının məlumatında bildirilir.

Ombudsman bu pozuntularla əlaqədar Daxili İşlər nazirinə müraciət edib. Pozuntulara yol vermiş şəxslərin qanunvericilik çərçivəsində cəzalandırılmasını tövsiyə edib.

Ombudsman Aparatının əməkdaşları Gəncədəki 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə də baş çəkiblər. Burda da bəzi pozuntular aşkar edilib. Müəssisədə saxlanma şəraitinin, sanitariya-gigiyena qaydalarının standartlara tam cavab vermədiyi, sənədləşmədə nöqsanların olduğu müəyyən edilib.

Ombudsman Ədliyyə nazirinə müraciət edərək bu nöqsanların aradan qaldırılmasını tövsiyə edib.

Ombudsman Aparatının məlumatında bildirilir ki, Göygöl və Samux polis şöbələrinin müvəqqəti saxlanma təcridxanaları yeni istifadəyə verilib. Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz polis şöbəsinin müvəqqəti saxlanma təcridxanası da hazırda sökülüb və standartlara uyğun yenidən inşa edilir.
XS
SM
MD
LG