Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:09

AzadlıqRadiosunun əməkdaşı mükafat alıb


Durna Səfərli Bakının Qala kəndindən reportaj hazırlayır
Durna Səfərli Bakının Qala kəndindən reportaj hazırlayır
İyunun 6-da Daxili İşlər Nazirliyi, beynəlxalq təşkilatlar və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin təşəbbüsü ilə həyata keçirilən «İnsan alverinə qarşı mübarizə» ayına yekun vurulub.

Bu ay çərçivəsində insan alverinə qarşı mübarizə sahəsində fəal iştirak edən KİV və jurnalistlər mükafatlandırılıb. Mükafatlandırılanlar arasında AzadlıqRadiosunun əməkdaşı Durna Səfərli də var. O, «Dövlət obyektində qanunsuz əcnəbi işçilər aşkarlandı» məqaləsinə görə «2011-ci ilin ən yaxşı jurnalist araşdırması» nominasiyasında 1-ci yerin qalibi olub.

Ramella İbrahimxəlilova 2-ci, Gülxar Şərif isə 3-cü yer üzrə mükafata layiq görülüblər.

İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə sahəsində davamlı verilişlərinə görə ANS Şirkətlər Qrupu «2011-ci ilin ən yaxşı televiziya kanalı» nominasiyasında, İradə İsaq «2011-ci ilin ən yaxşı müəllif verilişi» nominasiyası üzrə, İlqar Fəhmi «İlin ən yaxşı sənət töhfəsi» nominasiyası üzrə, «Zülmətdən işığa doğru» pyesinə görə mükafat alıb.

Tədbirdə həmçinin «Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin
«Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin vəziyyəti barədə» hazırladığı alternativ hesabatı təqdim edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG