Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Napoleon Bonaparte ingiliscə necə bilirmiş?


Napoleon Bonaparte
Napoleon Bonaparte
Bu sualın cavabını xəbəri oxuyandan sonra biləcəksiniz.

Məsələ burasındadır ki, imperator Napoleon Bonaparte’ın ingiliscə yazdığı bir məktub auksiona çıxarılır.

Məktub Napoleon Müqəddəs Yelena adasında sürgündə olarkən yazılıb.

İyunun 10-da həmin məktub Parisdə satışa çıxarılacaq.

Xəbəri BBC News yayıb.

Napoleon məktubu 1816-cı ilin martında yazıb.

Bu, Bonaparte’ın sürgündən yazdığı 3 məktubundan biridir.

Məlum olduğu kimi, o vaxt Napoleon Vaterloo döyüşündəki məğlubiyyətindən sonra Müqəddəs Yelena adasında sürgün həyatı yaşayırdı.

Adada Napoleon ingiliscə öyrənməyə girişib.

Dil öyrənməyə səbəb adada onu əhatə edən britaniyalıları başa düşmək istəyi də ola bilərdi, sadəcə, bir əsirin vaxtı öldürmək cəhdi də...

Keçmiş imperatora ingilis dilini qraf Emmanuel, the Comte de las Cases öyrədirmiş.
Qraf həm də Napoleona nəzarət edirmiş.

Deyilənə görə, yuxusuzluqdan əziyyət çəkən Napoleon gecələr öz müəlliminə məktublar yazırmış.

Xəbərdə vurğulanır ki, məktubun mətni pozuq ingilis dilindədir, amma tez-tez uzlaşmazlıqlar olsa da ondan baş çıxarmaq olur.

Məktubda orfoqrafik xətalar və qəribə leksik özəlliklər var. Məsələn, Bonaparte yeri gəldi-gəlmədi, «shall» köməkçi felini işlədir.

Məktubun auksion qiymətinin 80 min avro həndəvərində olacağı nəzərdə tutulub.

Satış iyunun 10-da Parisin cənubundakı Fontainebleau sarayında gerçəkləşdiriləcək.

Məktubu kimin alacağı 3 gündən sonra bilinəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG