Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 10:44

Arif Hacılı bu gün həbsxanaya qayıdır


Mayın 31-də anasının dəfn mərasimində iştirak etmək üçün cəzaçəkmə müəssisəsindən 7 gün müddətinə buraxılan Müsavat Partiyasının başqan müavini Arif Hacılı iyunun 7-də cəza çəkdiyi müəssisəyə qayıdacaq.

Bu barədə Lent.az-a A.Hacılının vəkili Osman Kazımov məlumat verib. O.Kazimov bildirib ki, verilmiş vaxt bu gün başa çatır və gün ərzində A.Hacılı həbsxanaya qayıdacaq.

Mayın 30-da axşam saatlarında A.Hacılının anası vəfat edib. Bundan sonra A.Hacılı yas mərasimində iştirak etmək üçün aidiyyatı üzrə müraciət edib və ayın 31-də müvəqqəti azadlığa buraxılıb.
XS
SM
MD
LG