Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:15

ABŞ-ın müdafiə naziri qəfil Əfqanıstana gəlib


ABŞ-ın müdafiə naziri Leon Panetta hərbi liderlərlə danışmaq üçün qəfil Əfqanıstana gəlib.

Leon Panetta Hindistana səfərini müşayiət edən müxbirlərə deyib ki, vəziyyətlə bağlı Amerika və NATO qoşunları rəhbəri general John Allenin özündən dəyərləndirmə almaq istərdi.

O, ABŞ-ın Əfqanıstandakı rəsmiləri, o cümlədən əfqan həmkarı Abdul Rahim Wardakla görüşəcək.

Panettanın Əfqanıstana səfərindən qabaq 3 intiharçı-bombaçının hücumu nəticəsində ölkənin cənubunda 22 adam ölüb.

Ölkənin şərqində isə yerli məmurlar və sakinlər iddia edirlər ki, NATO-nun hava hücumları zamanı 18 milki şəxs həlak olub.

ABŞ 23 min qoşununu bu ilin sentyabrın sonuna qədər Əfqanıstandan çıxarmağı planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG