Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:58

Rusiyalı zabit ABŞ-a məxfi məlumatlar verməkdə günahlandırılıb


İyunun 7-də Moskva Hərbi Dairə Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin istefada olan zabiti Valery Mikhailovun 18 il həbs olunmasına qərar verib. Ona qarşı ittiham budur ki, zabit ABŞ-a dövlət sirlərini verib. Mikhailov polkovnik rütbəsi və digər dövlət mükafatlarından da məhrum edilib.

Məhkəmə onu Federal Təhlükəsizlik Xidmətinə işləyən zaman ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqə qurmaqda və quruma məlumat ötürməkdə ittiham edir.

May ayında keçmiş Rusiya hərbi zabiti "gizli" xəritələri ABŞ casusuna ötürməkdə təqsirli bilinərək 12, fevralda yerli raket texnologiyası üzrə alim isə dövlət sirlərini ABŞ-a vermək ittihamı ilə 13 illik həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG