Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:42

Rusiyada məmurlar gəlir və xərcləri barədə hesabat verməli olacaq


Rusiyanın Dövlət Duması məmurların gəliri və xərclərinə nəzarətlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

433 deputat sənədin lehinə səs verib, 1-i isə bitərəf qalıb.

Prezidentin təklif etdiyi qanun layihəsinə görə, dövlət qulluqçuları özləri və həddi buluğa çatmamış uşaqları da daxil olmaqla ailələrinin xərcləri barədə hesabat verməli olacaqlar.

Əgər xərclər gəlirdən çox olsa və məmur bunun mənbəini göstərə bilməsə işdən azad edilə və əldə etdiyi vəsaitlər müsadirə oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG