Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:11

ABŞ Dövlət katibi gənc fəal Bəxtiyar Hacıyevlə görüşüb


ABŞ Dövlət katibi Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton
ABŞ Dövlət katibi Hillary Clinton Azərbaycana səfəri zamanı bu günlərdə həbsdən azad edilmiş gənc fəal Bəxtiyar Hacıyevlə də görüşüb.

Dövlət katibi səfərin sonunda beynəlxalq hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, Bəxtiyar Hacıyevin azad edilməsilə bağlı prezident İlham Əliyevə müraciət edibmiş və gəlib onu azadlıqda görəndə çox sevinib.

Keçmiş deputatlığa namizəd və ictimai fəal Bəxtiyar Hacıyev bazar ertəsi Ali Məhkəmənin qərarıyla həbsdən şərti azad edilib.

Bəxtiyar Hacıyev qalan 9 ay ərzində ölkəni tərk edə bilməz.

Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də həbs olunub.

Mayda isə Gəncə məhkəməsinin qırarı ilə hərbi xidmətdən yayınma ittihamı ilə 2 il
azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG