Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:55
-
«18-ci bölmənin polisləri evimə soxulub, evin altını-üstünə çevirib, dini kitablarımı qeyri-qanuni şəkildə yığıb aparıblar. Ev hələ də dağınıq şəkildədir. Xahiş edirəm gəlib çəkiliş aparasınız».

Zəka Mirağayevin AzadlıqRadiosunun elektron poçtuna yazdığı bu məktubun izi ilə onun yaşadığı ünvana getdik.

İkinci mərtəbədə yerləşən mənzillin həm qonaq, həm də yataq otaqlarında hər şey alt-üst idi. Zəka Mirağayevin iddiasına görə, bunu bir neçə gün əvvəl onun kirayə yaşadığı mənzilə gələn 12 nəfərə yaxın polis və mülkigeyimli şəxslər edib:

«Bizdə dövlətə, hakimiyyətə qarşı nə isə bir şey yoxdursa, 21-ci əsrdə bu nə deməkdir? Gəlib sənin evinə girirlər. Bu o deməkdir ki, siz kimsiniz, biz istədiyimizi edə bilərik».

«EVƏ GİRƏNLƏR HEÇ BİR SƏNƏD TƏQDİM ETMƏYİBLƏR»

Zəka Mirağayev deyir ki, evə gələnlər məhkəmə qərarı olmadan axtarış aparıblar, elə evdən götürdükləri dini kitab və digər əşyalarla bağlı da hər hansı sənəd tərtib etməyiblər. evdən əsasən Bediüzzaman Said Nursinin müəllifi olduğu kitablar aparılıb.

Həmsöhbətim özünü «Nur tələbəsi» adlandırır. Deyir çoxları onlara «nurçu» desə də, onlar bu deyimə qarşıdırlar və özlərini «nurçu» yox, «Nur tələbəsi» hesab edirlər.

«102»YƏ MÜRACİƏTDƏN SONRA EDİLƏN ZƏNG

Zəka Mirağayev deyir ki, həmin vaxt evdə olan kirayənişinlərin baş verənlərə etirazı onların polis bölməsinə aparılması ilə nəticələnib:

«Hətta kirayəşinlərdən birinə ayaqqabılarını geyməyə belə imkan verilməyib, onu ayaqyalın maşına basıb aparıblar. Onları 6 saata yaxın bölmədə saxlayandan sonra buraxıblar».

Zəka Mirağayev Daxili İşlər Nazirliyinin «102» qaynar xətt xidmətinə müraciət edəndən sonra ona Nərimanov rayon 18-ci polis bölməsindən zəng olunduğunu İkinci mərtəbədə yerləşən mənzillin həm qonaq, həm də yataq otaqlarında hər şey alt-üst idi

İkinci mərtəbədə yerləşən mənzillin həm qonaq, həm də yataq otaqlarında hər şey alt-üst idi

bildirir. Deyir onunla danışan bölmə rəisi axtarışın polis tərəfindən aparılmadığını deyib:
«Bölmə rəisi dedi ki, bizlik deyil, əməliyyatı MTN aparıb. Mən cinayətkaram, nəyəm? Bu kitablar qadağan olunubsa, onda bu rəsmi bəyan edilsin, biz də bilək. Öz hüquqlarımızı məhkəmədə müdafiə edək, görək niyə qadağandır? Niyə bu kitablar Amerikada, Türkiyədə, İranda qadağa deyil, amma Azərbaycanda, özü də qeyri-rəsmi şəkildə qadağandır?».

«MTN POLİSLƏ BİRGƏ TƏDBİR KEÇİRMƏYİB»

Amma MTN-nin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev nazirlik əməkdaşları ilə polisin adıçəkilən ünvanda hər hansı tədbir keçirməsini təkzib edir.

Daxili İşlər Nazirliyində də bu məsələdən xəbərsiz olduqlarını deyirlər. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidova görə, belə bir axtarış olubsa, demək, bunun üçün hansısa əsaslar olub:

«Qanunu pozmayan, cinayət etməyən adamın evində axtarış aparmazlar, onu polisə çağırmazlar. Demək, nə isə şübhələr var imiş ki, o evdə axtarış aparıblar».

Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsindən isə AzadlıqRadiosuna bildiriblər ki, bu barədə hər hansı məlumat verə bilməyəcəklər.

DİNİ KOMİTƏ ARAŞDIRMA APARIR
Elşad Miri

Elşad Miri


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə AzadlıqRadiosuna deyiblər ki, məsələ araşdırılır və münasibət yalnız araşdırmalar başa çatandan sonra bildirilə bilər.

«BU, BİR ŞƏFFAFLIQ MƏSƏLƏSİDİR»

Dini ekspert Elşad Miri isə Azərbaycanda dini ədəbiyyatla bağlı mövcud olan qeyri-müəyyənliyi şəffaflıq məsələsi sayır. Onun fikrincə, hansısa dini ədəbiyyatların ölkəyə gətirilməsi, satılması və yayılması barədə qeyri-rəsmi qadağalar olsa da, ortalıqda heç bir rəsmi sənəd yoxdur:

«Qadağan olunmuş dini ədəbiyyatların siyahısı cəmiyyətə açıqlanmalıdır ki, hər kəs əldə etdiyi, ona hədiyyə olunan və oxuduğu kitabın qadağan olunmuş kitab olub-olmadığını bilsin. Bəzi valideynlər övladının dini kitab oxumasına sevinir. Amma o valideyn bilsə ki, həmin kitab qadağan olunmuş kitabdır, bununla bağlı hansısa ölçü də götürə bilər».

Elşad Miri deyir ki, Dini Komitəyə yeni sədr təyinatından sonra bu məsələyə aydınlıq gətiriləcəyinə ümidlidir. Mayın 31-də Hidayət Orucov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Elşad İskəndərov təyin edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG