Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:59

Rusiyalı hüquq müdafiəçiləri yeni qanunla bağlı Putinə üz tutmaq fikrindədirlər


Rusiyalı hüquq müdafiəçiləri prezident Valdimir Putini mitinqlər zamanı pozuntulara görə cərimələrin artırılmasını nəzərdə tutan qanuna veto qoymağa çağırmaq fikrindədirlər.

Bu barədə Rusiya prezidenti yanında insan haqları şurasının sədri Mixail Dedotov və şuranın üzvü, Moskva Helsinki qrupunun rəhbəri Lüdmila Alekseeva məlumat veriblər.

Rusiyanın Federasiya Şurası çərşənbə günü belə bir qanun qəbul edib.

Vladimir Putinin mətbuat katibi Dimitri Peskov isə deyib ki, prezident yeni qanuna qarşı yalnız o halda çıxacaq ki, bu digər ölkələrdə tətbiq edilmiş eyni təcrübələrə cidd olsun.

Hakim “Vahid Rusiya” partiyasından olan deputatların hesabına bundan əvvəl sənədi Dövlət
Duması da təsdiqləyib.
XS
SM
MD
LG