Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:02

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dil tapacağına inanır


İran nüvə obyektlərində yoxlama aparılması ilə bağlı yaxın vaxtlarda Beynəlxalq Atom
Enerjisi Agentliyi ilə razılığa gələcəyinə ümidlə yanaşır.

Bunu İran nümayəndə heyətinin rəhbəri Ali Askar Soltanie Vyana görüşünə 2 gün qalmış bəyan edib.

Avropa Birliyi çərşənbə günü Tehranı nüvə proqramıyla bağlı suallara cavab vermək üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.

Avropa Birliyinin bəyanatında qeyd olunur ki, İran beynəlxalq aləmi nüvə proqramının dinc məqsədli olmasına inandırmaq üçün hələləlik elə bir konkret addım atmayıb.

Beynəlxalq aləm hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.
Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG