Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:56

İctimai Televiziya əcnəbi serialları yayımlaya biləcək


Milli Məclis «İctimai televiziya və radio yayımı haqqında» qanunda bir sıra dəyişikliklərlə yanaşı, ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişiklik edəcək.

APA-nın məlumatına görə, bu barədə məsələ MM-in Mədəniyyət komitəsinin iclasında müzakirə edilib.

Qanuna təklif olunan dəyişikliyə görə, dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində sub-titrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.

İclasda iştirak edən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli dəyişikliklərin əksəriyyətini dəstəkləyib, lakin ictimai yayım proqramlarına verilən tələblərlə bağlı dəyişikliyin əleyhinə olub: «Mən bu təklifdən narahatam».

O qeyd edib ki, telekanallar arasında hüquqi bərabərlik yaratmaq lazımdır: «Əgər türk dilində olan serialları İTV-də versək, yenidən yerli filmlərin stimullaşdırmasında problem olacaq».

N. Məhərrəmli MTRŞ-nın qərarı ilə bütün telekanallarda xarici serialların dayandırıldığını xatırladıb: «Amma təklif olunan indiki dəyişikliklə İTV-yə xarici serialların yayılmasına icazə veriləcək».

Buna baxmayaraq, təklif qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG