Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:59

Gəncəyə əlavə 3 milyon manat pul ayrıldı


Vəsait Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xərclənəcək.
Bu barədə Maliyyə Nazirliyinin müvafiq sərəncamında deyilir.

Sərəncama əsasən otuz beş min nəfərin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Qeyd edək ki, şəhər İcra Hakimiyyəti Başçısı Elmar Vəliyevin sərəncamına əsasən sözügedən qəsəbələrdə mövcud olan fərdi yaşayış evlərinin sənədləşməsi işlərinə də başlanıb.

Bundan əvvəl də Gəncənin sosial iqtisadi inkişafına dəstək məqsədilə ölkə rəhbərinin sərəncamına uğun olaraq 5 milyon vəsait ayrılıb.
XS
SM
MD
LG