Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Şanxay Əməkdaşlıq Təşkilatı Suriya ilə bağlı mövqe bildirəcək


Bu gün Pekində işinə başlayan Şanxay Əməkdaşlıq Təşkilatı Sammitinin yekun sənədində üzv dövlətlərin Suriya ilə bağlı mövqeyi də əks olunacaq.

Bu haqda Rusiya prezidentinin təşkilatdakı nümayəndəsi Kiril Barski məlumat verib. Sammitdə Mərkəzi Asiyada təhlükəsizlik, Əfqanıstandakı vəziyyət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunur.

Rusiyanı sammitdə prezident Vladimir Putin təmsil edir. O dünən Çin rəhbərliyi ilə danışıqlar aparmaq üçün Pekinə gəlmişdi.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilatın üzvləri Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistandır. Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan isə təşkilatda qonaq və müşahidəçi qismində təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG