Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:22

Azərbaycan əsgərinin minaya düşdüyü bildirilir


Azərbaycan Ordusu əsgərinin minaya düşdüyü bildirilir. APA-nın məlumatına görə, hadisə cəbhənin Tərtər rayonu istiqamətində qeydə alınıb.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində Milli Ordunun əsgəri, 19 yaşlı Niyaməddin Şaləddin oğlu Mehdiyev yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Yaralı əsgərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG