Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:11

Freedom House Azərbaycanı möhkəmlənmiş avtoritar rejimlər qrupuna salıb


Foto arxiv
Foto arxiv
Freedom House təşkilatı Belarus, Azərbaycan, Qazaxıstan və Rusiyanı möhkəmlənmiş avtoritar rejimlər qrupuna salıb.

Təşkilatın yaydığı illik hesabatda bu ölkələrdə hadisələrin inkişafı tənqid edilir və qeyd olunur ki, bu ölkələr son vaxtlar demokratiyadan əvvəlkindən daha çox uzaqlaşıb.

Ermənistan hesabatda yarı avtoritar, Gürcüstan isə yarı avtoritar və yarı demokratiya rejimli ölkələr arssındadır.

Freedom House təşkilatı həmçinin Ukrayna və Macarıstanda demokratiyanın vəziyyətindən narahatlıq bildirir.

Hesabatda deyilir ki, Macarıstanın baş naziri Viktor Urban və Ukrayna prezidenti Viktor
Yanukoviç öz hakimiyyətlərini möhkəmləndirməklə demokratik sistemi müntəzəm olaraq pozurlar və bu cür ənənənin davam etməsi bu ölkələrdə avtoritarizmlə nəticələnə bilər.
XS
SM
MD
LG