Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

TQDK sədri: «Bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilirdi»


«Şagirdlər elə bilirdilər ki, buraxılış imtahanlarına girərək əvvəllər olduğu kimi, hansısa formada qiymət ala biləcəklər. Çünki bu vaxta kimi buraxılış imtahanları qeyri-real keçirilib.

Şagirdlər telefon vasitəsilə müəyyən suallara cavab alıb və ya ətrafdakılardan köçürərək qiymət alırdılar. Amma bu il imtahanlar tam şəffaf keçirildi, real kriteriyalara əsasən təşkil olundu». APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə iyunun 6-da keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, imtahanı ədalətsiz qaydada pozmaq istəyənlərin nəticələri ləğv olunub. Belə ki, bu il XI siniflərin buraxılış imtahanında 9, IX siniflərin imtahanında isə 13 nəfər qaydaları pozduğuna görə imtahandan azad edilib. TQDK sədri deyib ki, qaydaları pozan şagirdlərə gələcəkdə də heç bir güzəşt olmayacaq.

M. Abbaszadə deyib ki, bu ilin fevralında Təhsil Nazirliyi tərəfindən keçirilən yoxlama buraxılış imtahanlarının heç bir elmi əsası olmayıb və bu özünü TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında bir daha göstərib: “Buraxılış imtahanlarından sonra XI illik təhsil üzrə nəticə çıxararkən şagirdin həm 2010-cu il üzrə illik qiyməti, həm XI sinifdəki qiymətləri nəzərə alınır. Məsələn, «Riyaziyyat» fənni üzrə buraxılış imtahanlarında «2» qiymət alan uşaqlardan 10-cu sinifdə 532-si «3», 105-i «4», 7-si isə «5» qiymət alıb.

M. Abbaszadə deyib ki, buraxılış imtahanında Riyaziyyatdan «5», Ana dilindən isə «2» qiymət alan isə 1 nəfərdir. Həmin şagirdin yazı işinə baxıldıqdan sonra yekun qərar veriləcək.

Onun sözlərinə görə, ümumilikdə Bakı şəhəri üzrə 834 nəfər XI sinif şagirdi «2» qiymət alıb ki, bu da 3,41 faiz təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG