Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 66 (20.471) 12 aprel 2012


«BADAMLI» MİNERAL SUYUNUN İSTEHSALI ÖTƏN İLİN MÜVAFİQ DÖVRÜNƏ NİSBƏTƏN ARTIB

«Gəmiqaya Mineral Sular» Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığımız məlumata görə, cari ilin ilk 3 ayındakı istehsal ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artıb. Belə ki, 218 min 418 manat dəyərində 2 milyon 52 min ədəd butulka qazlı və qazsız «Badamlı2 suyu istehsal olunub. Məhsullar alıcılara 0,5, 1, 1,5 litrlik şüşə və plastmas qablarda satılır.

Xatırladaq ki, «Badamlı» zavodu 1947-ci ildə Şahbuz rayonunda fəaliyyətə başlayıb. 1970 – 80-ci illərdə həmin müəssisə yenidən qurulduqdan sonra məhsulun 90 faizi respublikamızdan kənara göndərilib. 2004-cü ildə özəlləşdirilən müəssisə tədricən əvvəlki şöhrətini bərpa edib. «Gəmiqaya Mineral Sular» MMC müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Zavod Almaniya avadanlığı ilə təchiz edilmiş laboratoriyaları məhsulun keyfiyyətini nəzarətdə saxlayır.

«HEYDƏR ƏLİYEV LEKTORİYASI»NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ

«Heydər Əliyev və Azərbaycan təbiəti» mövzusuna həsr olunan məşğələni giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə təbiətimizə göstərdiyi qayğıdan, bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərdən, ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə ümummilli liderimizin qəbul etdiyi qərarların əhəmiyyətindən danışmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu cür tədbirlər ölkə prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən bu gün uğurla davam etdirilir.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov «Heydər Əliyev və Azərbaycan təbiəti» adlı məruzəsində bildirmişdir ki, 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra respublikamızda bütün sahələrə, o cümlədən təbiətin mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun, 32 qərar qəbul olunmuşdur.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Heydər Əliyev və Azərbaycanda olimpiya hərəkatı
- Yaradılan şərait duz istehsalı və satışının artırılmasına imkan verir
- Əmək yarmarkasında 19 nəfər işə göndəriş alıb

Şərhləri göstər

XS
SM
MD
LG