Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:50

Gömrük nəzarətində olan alman maşınları, azadlıq və prezidentə müraciət....


Mətbuat icmalı

Mətbuat icmalı

ALMANLARIN QAÇQINLARA VERDİYİ MAŞINLAR BİNƏQƏDİDƏ SAXLANILIR

«525-ci qəzet» «Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyinin sədri Bayram Səfərova istinadən yazır ki, almanların qaçqınlara hədiyyə etdiyi avtomobillər hazırda gömrük nəzarətindədir. Avtomobillərin sənədləri Azərbaycana gətiriləndən sonra sənədləşmə aparılacaq və icmanın idarə heyəti onların kimlərə və hansı prinsiplərlə verilməsini müzakirə edəcək.

Hazırda həmin 240 avtomobil və 6 motosiklet Binəqədi rayonundakı dayanacaqlardan birində saxlanılır.

AZƏRBAYCANLA TÜRKİYƏ ARASINDA HƏRBİ ƏMƏKDAŞLIQ GENİŞLƏNƏCƏK

«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları Komandanı Hayrı Kıvrıkoğlunun başçılığı ilə Bakıya gələn nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə-o cümlədən hərbi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Bu səfərin ölkələr arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.

ACLIQ EDƏN 3 NƏFƏRİN VƏZİYYƏTİ AĞIRDIR

«Azadlıq» qəzeti yazır ki, Neftçalada ölüm aclığı davam edir. Yerli məmurların özbaşınalığına etiraz əlaməti olaraq mayın 28-dən aclıq aksiyasına başlayan 5 nəfərdən biri - YAP üzvü Natiq Hüseynov mayın 31-də həbs edilmişdi. Aksiya iştirakçılarından Rafiq Babayevin isə səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı keçiriləcək. Aclığı davam etdirən digər 3 nəfərin də vəziyyəti ağırdır.

AZƏRBAYCAN BUNDAN SONRAKI ONİLLİKLƏRDƏ DƏ İNKİŞAF EDƏCƏK

«Yeni Azərbaycan» qəzeti yazır ki, Bakıda XlX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Sərgidə dünyanın 35 ölkəsindən 304 şirkət təmsil olunub. Tədbirdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkə qarşısında duran bütün vəzifələr icra edilib və əgər biz indiki neft hasilatını saxlasaq-buna imkan da var-ölkə bu uğurlarla bundan sonrakı onilliklərdə də inkişaf edəcək.

KİM PREZİDENTƏ MÜRACİƏT ETSƏ, O AZADLIĞA BURAXILACAQ

«Yeni Müsavat» qəzeti vicdan məhbusu adlandırılan müxalifət fəallarının hamısının azadlığa buraxılmadığını qeyd edir. Qəzet yazır ki, Ali Məhkəmə iki nəfəri həbsdə saxladı. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, iyunun 10-dək onlar da azadlığa buraxılacaq. Elə həmin məqalədə digər hüquq müdafiəçisi Eynulla Fətullayev isə bildirir ki, kim prezidentə müraciət etsə, o, azadlığa buraxılacaq.

ONU HÖKUMƏT BİLƏR

«Bizim yol» qəzeti «Sabunçuda 500 ailənin evi söküləcək» başlıqlı yazıda bildirir ki, artıq sakinlərdən sənədlərin yığılması prosesi başlayıb. Evləri plana düşən sakinlər nə vaxt oradan köçürüləcəklərini bilmirlər. Amma deyirlər ki, artıq köçürüləcəkləri barədə onlara məlumat veriblər. Qəzetin yazdığına görə sakinlər hələ ki, onlara ev ya pul veriləcəyini bilmirlər. Deyirlər onu hökumət bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG