Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:08

Azərbaycanda mediaya hər ay 30 milyon manatdan çox qanunsuz pul ötürülür? [VIDEO]


Azərbaycanda mediaya hər ay 30 milyon manatdan çox qanunsuz pul ötürülür?
Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

Azərbaycanda mediaya hər ay 30 milyon manatdan çox qanunsuz pul ötürülür?

-



“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin hesablamalarına görə Azərbaycanda kütləvi informasiya vasitələrinə hər ay 30 milyon manatdan çox qeyri-leqal pul ötürülür. Onun qənaətinə görə bu pulları media orqanlarına himayədarlıq edən hakimiyyət təmsilçiləri verirlər.

Mehman Əliyev
Mehman Əliyev
Mehman Əliyev bu iddiasını iyunun 7-də AzadlıqRadiosunun “Korrupsiometr” proqramında debat zamanı səsləndirdi:

- Prezident yanında Kütləvi İnformasiya Vasitələri də prezidentin təsdiq etdiyi konsepsiyanın çərçivəsindən çıxıb. İndi bu Fond sanki KİV-ə ötürülən qanunsuz pulların leqallaşdırılması funksiyası daşıyır.

Azərbaycanda mediaya kənardan pullar ötürməklə onun inkişafına nail olmaq mümkün olmayacaq. Bu Fond artıq 3 ildir qəzetlərə milyonlarla manat pul verib. Amma nə inkişaf edib?

Medianın inkişafına nail olmaq üçün reklam bazarı dirçəldilməlidir. İndi dövlət büdcəsinin gəlirlərinin tam əksəriyyətini neft satışı təşkil edir. Ölkədə qara iqtisadiyyat var. Belə olan halda nefti, qara iqtisadiyyatı reklam etmək mümkün deyil. Belə vəziyyətdə media orqanlarına yardım vermək lazımdırsa, jurnalist etikası prinsipini qoruyan media təşkilatlarına vermək lazımdır.

Mehman Əliyev bildirdi ki, medianın inkişafına dəstək mexanizmini o Fonda təklif edib. Amma hakimiyyət bu mexanizmlə medianın müstəqilləşərək onun nəzarətindən çıxa biləcəyindən ehtiyatlanaraq onun təkliflərini bir kənara atıblar.

Debatda iştirak edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin
Müşfiq Ələsgərli
Müşfiq Ələsgərli
İnkişafına Dəstək Fondunun Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli isə bildirdi ki, Azərbaycanda medianın inkişafı ilə bağlı təkliflər verən təkcə Mehman Əliyev deyil. Fonda çox sayda başqa təkliflər də daxil olub, indi onlar həmin təklifləri ümumiləşdirib icra etməyə çalışırlar.

Müşfiq Ələsgərli Azərbaycanda yazılı medianın üzləşdiyi yayım, reklam problemlərinin olduğunu, bu problemlərin həllinə qədər KİV-ə Dəstək Fondunun yardımlarının davam edəcəyini söylədi:

- Dövlət Fonduna gələn pulların media orqanlarına verilməsi tam şəffafdır. Burada prosesə çox sayda insan qoşulub və qarşılıqlı nəzarət mexanizmi işləyir.

Ola bilər dövlət yardımının bölünməsi mexanizmi, medianın inkişaf konsepsiyası barədə fikir ayrılıqları var, bu da müzakirələrlə aradan qaldırıla bilər.

Müşfiq Ələsgərli Fondda dövlət pullarının yalnız hakimiyyət yönlü media orqanlarına verilməsi, hətta Müşahidə Şurasının üzvü kimi onun rəhbərlik etdiyi Jurnalistlərin Həmkarlar Təşkilatının yardım alması, Fondun sədrinin övladının yardım alması barədə iradları da rədd edir.

Debatı ətraflı burada dinləyə bilərsən:


Debatda səslənən təkliflər:

Mehman Əliyev
  • Ümumilikdə dövlətin kütləvi informasiya vasitələrinə pul paylaması təcrübəsi ləğv edilməlidir. Əgər yardım lazımsa, yalnız jurnalist etikası prinsipləri çərçivəsində davranan media orqanlarına yardım verilə bilər.
  • Hökumət ölkədə media orqanları üçün də azad rəqabət mühiti yaratmalı, reklam bazarı formalaşdırılmalıdır ki, media ozu-özünü saxlasın, pul qazana bilsin.


Müşfiq Ələsgərli
  • Hökumət orqanlarının elanlarının ədalətli bölünməsi üçün Reklam-Elan Şurası yaradılsın.
  • Kütləvi informasiya vasitələri müvəqqəti olaraq bütün vergilərdən azad edilsin.

Sən də polemikaya qoşula bilərsən.

Əsas sual budur:
Səncə, Azərbaycanda mediaya hökumətin verdiyi pullar onu inkişaf etdirir, yoxsa asılı edir?

Qərarı verən sən olsaydın, ölkədə jurnalistlərin müstəqilliyini təmin etmək üçün hansı addımları atardın?

Fikirlərini aşağıdakı foruma göndər.

XS
SM
MD
LG