Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:02

Ukraynada rus dilinə qarşı etiraz mitinqi keçirilir


Kiyevdə minlərlə adam Ukrayna parlamenti qarşısında etiraz mitinqi keçirib. Toplaşanlar Rus dilinin Ukraynanın bəzi yerlərində istifadəsini nəzərdə tutan qanuna etiraz edirlər.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib. Səsvermədən sonra müxalifət qanuna etiraz üçün uzunmüddətli oturaq aksiyaya başlayacaqlarını bildirib.

Qanun layihəsinə görə, Ukrayna dili yeganə dövlət dili kimi qalmaqda davam edəcək, ancaq, rusdillilərin çox yaşadığı regionlarda rus dilindən xəstəxana, məhkəmə və başqa dövlət müəssilərində istifadə edilməsi qanuni olacaq.
XS
SM
MD
LG