Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:36
Astara sakini Talıb Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir, oğlu Elşən Əliyev Qarabağ müharibəsi əlilidir. 1 il 2 ay əvvəl ona əlillər üçün tikilmiş binadan mənzil verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin iştirakı ilə binanın rəsmi açılışı olub. Ancaq nazir Bakıya dönən kimi binanın yeni sakinlərini çağıraraq açarları onlardan geri alıblar. Səbəb göstərilib ki, mənzillərdə təmir işləri başa çatmayıb. 1 il 2 ay keçməsinə baxmayaraq açarlar hələ də mənzil sahiblərinə qaytarılmayıb.

Talıb Əliyev: «Bakıdan gəldilər, nazir də gəldi, təmtəraqlı açılış oldu, nazir açarları, orderləri əlillərə təqdim etdi, birini də mənim oğluma verdi, təbrik elədi. Nazir gedəndən sonra çağırdılar ki, açarları qaytarın, evlər hələ tam hazır deyil. Biz də qaytardıq. İl yarıma yaxındır ki, hər ay 3-4 dəfə Astara rayon İcra Hakimiyyətinə gedib-gəlirik, açarları ala bilmirik. İcra başçısının müavini Xanverdi Şirinov deyir ki, mənzillərdə işləri tamamlamaq üçün pulumuz yoxdur. Kim istəyirsə, 500-600 manat xərc çəksin, işığı, suyu, qazı özü çəksin. Biz isə etiraz edirik. Bizdə o qədər pul haradan?».

MƏNZİLLƏRDƏ TƏMİR GEDİR...

Talıb Əliyev deyir ki, ayda bir dəfə onları binaya çağırırlar, iş icraçıları qapını açırlar, onlar da mənzildə təmizləmə işləri aparırlar. Sonra iş icraçıları qapını bağlayırlar.

Astara rayon icra hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini Xanverdi Şirinov da açarların mənzil sahiblərindən yığılmasını mənzillərdəki kommunal xətlərdə tamamlanma işlərinin başa çatmaması ilə əlaqələndirdi:

«Açarı əllərindən almaq söhbəti yoxdur, sadəcə olaraq işıq, qaz, su xətləri qoşulmayıb. Bina özü tam hazır olsa da, mənzillərdə müəyyən təmir işləri gedir. Bu yaxınlarda təmizlik işinə görə iş icraçıları qapıları açmışdılar, ev sahibləri də orda təmizlik işləri aparırdılar».

Xanverdi Şirinov dedi ki, 1 həftə ərzində bütün işlər tam yekunlaşacaq və açarlar mənzil sahiblərinə paylanacaq.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG