Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:18

Clinton Gürcüstanı dəstəkləməyi davam edəcəklərini bildiriblər


Cənubi Qafqazda səfərdə olan ABŞ DÖvlət Katibi Hillary Clinton Yerevanda xəbərdarlıq edib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə geniş miqyaslı müharibəyə keçə bilər.

Ermənistandan sonra Gürcüstana gələn Clinton Batumidə strateji dialoqda iştirak edib, ABŞ-ın dəniz sərhədlərini qorumaq üçün verdiyi gəminin təhvil-təslim mərasiminə qatılıb.

Clinton ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini və Rusiyadan qoşunlarını Abxaziya və Cənubi Osetiya bölgələrindən çıxarması çağırışını bir daha təkrarlayıb.

ABŞ Dövlət Katibi iyunun 6-da Bakıya gələcək.
XS
SM
MD
LG