Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:22

Tağı Əhmədov «Azadlıq» qəzetini məhkəməyə verib


Tağı Əhmədov
Tağı Əhmədov
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» qəzetini diffamasiyaya görə məhkəməyə verib. Məhkəmə T.Əhmədovun iddiasını haqlı hesab etsə, qəzetin üzərinə 200 min manat təzminat ödəmək yükü qoyula bilər.

Bu məlumatı AzadlıqRadiosuna «Azadlıq» qəzetinin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı verib. Onun sözlərinə görə, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan «Tağı Əhmədov 5 qəpikləri mənimsədi» sərlövhəli məqalədə onun fəaliyyətinə qərəzli yanaşıldığı fikrindədir.

TAĞI ƏHMƏDOVUN ETİRAZ ETDİYİ CÜMLƏLƏR

Metropoliten rəisi Yasamal Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirib ki, yazıdakı «...yanvar ayında metroda gediş haqqı on beş qəpikdən iyirmi qəpiyə qaldırılanda çoxlarının kartında beş qəpiklər qaldı. Bax, metropoliten rəisi həmən pulları mənimsəyib...» cümlələri onun şərəf və ləyaqətini aşağılayıb. İddiaçı qeyd edir ki, məqalədə Bakı Metropoliteninin rəisi kimi vəzifəsindən sui-istifadə etməklə mənimsəmə cinayəti törətməkdə ittiham olunub.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məhkəmədən xahiş edib ki, məqaləni onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etsin, «Azadlıq» qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etsin.

Fariz Namazlının sözlərinə görə, işlə bağlı iclasda qəzet Tağı Əhmədovun iddiasına etiraz edib. Etirazda bildirilib ki, məqalədə iddiaçının işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən ifadələrə yer verilməyib və yazı milyonlarla insanın istifadə etdiyi metropolitendə gediş haqlarının artırılması kimi ictimai önəmli mövzuya həsr olunub.

Fariz Namazlının sözlərinə görə, qəzetin etiraz ərizəsi Metropolitenə təqdim edilib və növbəti iclas iyunun 12-də olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG