Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:25

Samuel Kramerin əsəri Azərbaycan dilində


Bakı Slavyan Universitetində "Filoloqun kitabxanası-100" silsiləsindən tanınmış şumeroloq Samuel Kramerin "Tarix Şumerdə başlayır". Yazılı tarixdə otuz doqquz ilk" kitabı Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim olunub.
AzerTag-ın məlumatına görə, kitabın elmi redaktoru, şərhlərin, ön və son sözün müəllifi AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev, redaktoru filologiya üzrə fəlsəfə doktoru Rövşən Əliyevdir.
Kitabı Azərbaycan dilinə Tamara Hacıyeva tərcümə edib.
96 illik həyatının 70 ilini Şumer tabletlərinin tədqiqinə həsr etmiş müəllif Pensilvaniya Universitetində, İstanbulda, Parisin Luvr Muzeyində saxlanılan gil tabletlərin parçalarını birləşdirərək əsərdə Şumer mifləri, epik poeziyası haqqında geniş məlumat verib.
"Tarix Şumerdə başlayır. Yazılı tarixdə otuz doqquz ilk" dünyada çox oxunan əsərlərdəndir.

Kitab üç dəfə - 1956, 1959, 1981-ci illərdə nəşr olunub.

Azərbaycan oxucularına təqdim olunan nəşr kitabın son təkmilləşdirilmiş versiyasının tərcüməsidir. Tədqiqat işi 17 dilə, o cümlədən alman, fransız, ərəb, rus, türk və s. dillərə tərcümə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG