Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

İ,Əliyev: "Bir neçə ölkənin işlətdiyi neftin 25-35 faizi Azərbaycan neftidir"


Azərbaycan prezidenti İlham Əliyev XIX Beynəlxalq «Xəzər neft, qaz, neftayırma və neft kimyası» («Caspian Oil and Gas») sərgi və konfransında çıxış edib. “APA-ECONOMICS”in xəbərinə görə, prezident çıxışında bildirib ki,
Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyaların həcmi 50 milyard dollar səviyyəsindədir.
Ümumilikdə isə ölkə iqtisadiyyatına 1995-ci ildən bu günə qədər qoyulan investisiyaların həcmi 120 milyard dollar təşkil edir.

Dövlət başçısı deyib ki, ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanın neft siyasətində islahatlar aparılır, təzyiqlərə baxmayaraq, məqsədlərə nail olunub: “Bakı-Tbilisi-Ceyhan neft kəməri təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, yeni marşrut baxımından da əhəmiyyətli idi və yeni dəhliz açıldı. Buz bu dəhliz vasitəsilə pəncərədən başlayaraq qapı açdıq. ARDNŞ-i dünya miqyaslı nəhəng neft şirkətinə çevirməyə nail olduq. Neft bizim əlimizdə müasir dövlət yaratmaq üçün vasitədir. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyətə başlaması neft gəlirləri üzərində şəffaflığı təmin etdi. Bu gün bizim valyuta ehtiyatlarımız 40 milyard dolları ötüb. Gələcəkdə bu məbləğ daha da artacaq.

Bu isə qeyri-neft sektorunun inkişafına təkan verir. Dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsində neft-qaz amili öz rolunu oynayır. Bu gün bir neçə ölkənin balansında Azərbaycan nefti 25, 30, 35 faiz təşkil edir. Hazırda müxtəlif istiqamətlərə neft-qaz daşıyan 7 kəmərimiz var. Biz bir yoldan asılı deyilik. Əlbəttə, bir mənbədən asılılıq yaxşı deyil.

Bizim enerji siyasətimiz açıq və xoşniyyətlidir. Hesab edirik ki, enerji amilindən hansısa siyasi məqsədlər üçün istifadə edilməməlidir. Biz bəzi dövlətlərin çətin anında yardım əli uzatdıq. Hesab edirik ki, Azərbaycan bu sahədə də nümunə ola bilər. Bizim üçün dövlət olaraq ilk növbədə Azərbaycanın milli maraqlarıdır. Enerji təhlükəsizliyi müstəqilliyi təmin edir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillik ola bilməz. Biz enerji resursların ixracında müstəqilik”.

İlham Əliyev daha sonra deyib ki, bu gün Azərbaycanın müstəqilliyi tam və şərtsizdir: “Bəzi ölkələrin neft və qaz ehtiyatı bizdən çoxdur. Amma iqtisadiyyatı birtərəflidir, neft və qazdan asılıdır”.

Azərbaycanın iqtisadiyyatı inkişafı barədə danışan ölkə başçısı deyib ki, son 8 ildə ölkə iqtisadiyyatı və sənaye istehsalı 3 dəfə artıb, yoxsulluq azalıb. Qeyri-neft sektorunda 1 milyon iş yeri açılıb. Son iki ildə 2 böyük qaz yatağı kəşf edilib. İlkin hesablamalara görə bu yataqlarda 600-700 milyard kubmetr qaz ehtiyatı var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: “Qaz sahəsində həlledici məqama gəlmişik. “Şahdəniz-2” layihəsi yaxınlaşır. Azərbaycan uzun müddətli qaz strategiyasına demək olar ki, hazırdır”.

Dövlət başçısı deyib ki, bu gün investorlar, hasilatçılar, təchizatçılar arasında anlaşma olarsa, inkişaf olar: “Azərbaycan neft-qaz sektorunda xoşməramlı siyasət yürüdür və əməkdaşlığa həmişə açıqdır”.

Tədbirdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun təbrik məktubları da oxunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG