Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

«İslamın əlindən raketi alıb, əvəzinə elm verməliyik»


Şeyxülislam Allahşükür Paşazadə

Şeyxülislam Allahşükür Paşazadə

«Biz bu gün islamın əlindən çomağı, raketi almalıyıq. Əvəzinə qələm, elm verməliyik». APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə «İslam Əməkdaşlıq Təşkilatını (İƏT) modeli – 2012 beynəlxalq Təhsil proqramı» layihəsinin bağlanış mərasimində çıxışında deyib.

A.Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədr təyin olunmasına da münasibət bildirib. O deyib ki, yeni sədr həm də İslamla bağlı olan bir şəxsdir: «Bu məni sevindirir. Bir vaxtlar Şeyx olanda mənim də yaşım az idi. Məndən yaşımı soruşanda gizlədirdim. 30 yaşım olsa da, 35-40 deyirdim. Mən Elşad müəllimin fəaliyyətinə böyük ümidlə baxıram».

Günün bütün mövzuları

XS
SM
MD
LG