Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:59

200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək


Azərbaycanda 200 minə yaxın tələbə vahid tələbə kartından istifadə edəcək. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ilk kartlar Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından seçilmiş 100 gəncə təqdim edilib.

«Növbəti 200 minə yaxın kart sifariş edilib. Mən inanıram ki, qısa müddətdə bu kartlar çap ediləcək və bütün tələbələrə çatdırılacaq. Ali məktəb tələbələri ilə yanaşı, peşə məktəblərinin tələbələri də bu kartlarla təmin olunacaqlar», nazir deyib.

Rəhimov qeyd edib ki, Avropanın 37 ölkəsində 30-40 minə yaxın ticarət müəssisəsi bu kartlar üzrə güzəştlər tətbiq dir, həmçinin nəqliyyat vasitələri və hotellərdə də bu güzəştlər tətbiq edilir.

«Biz çox istərdik ki, Azərbaycanda da ticarət müəssisələri bu endirim prosesinə qoşulsunlar. Lakin hazırda Gənclər və İdman Nazirliyi ilə digər qurumlar arasında belə endirimlərin tətbiqi ilə bağlı heç bir danışıq aparılmır», nazir əlavə edib.
XS
SM
MD
LG