Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:43

Azad Suriya Ordusu atəşkəsin bitdiyini bildirib


Azad Suriya Ordusu atəşkəs rejiminin sona çatdığını elan edib. Qrupun sözçüsü Sami el Kurdi Reuters agentliyinə bildirib ki, “Suriya xalqının müdafiəsi üçün” hərbçilərə qarşı hücumlara başlayacaqlar.

Müxaliflər Dəməşqdə və İdlib əyalətindəki silahlı qarşıdurmalarda 100-dən artıq hərbçini öldürdüklərini bildiriblər.

Atəşkəs BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Kofi Annanın sülh planlının əsas tərkib hissəsi idi. BMT müşahidəçiləri hər iki tərəfin atəşkəsə əməl etmədiyini bildirirdilər.

Bazar günü parlamentdəki çıxışında prezident Bashar Assad ölkədəki qarşıdurmalara görə xarici qüvvələri ittiham etmişdi.
XS
SM
MD
LG