Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

Jurnalistlərə dəyəcək böyük zərbə, bəzi bədniyyət müxalifət və….


Mətbuat icmalı
Mətbuat icmalı
İCTİMAİ PALATANIN GÜCÜNÜN CÜZİ HİSSƏSİ

«Aksiyalarımız Azərbaycanın imicini yüksəltdi». Bunu «Azadlıq» qəzetinə müsahibəsində İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq baş nazir Pənah Hüseyn deyib.

Sabiq baş nazir deyib ki, «Nəzərə alsınlar ki, biz İctimai Palatanın gücünün cüzi hissəsini işlətmişik. Bu hakimiyyət ya dəyişməlidir, ya da dəyişdiriləcək».

«XALQI QARDAŞ QIRĞININA VERMİŞ BU ŞƏXSLƏR…»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «4 iyun 1993-cü il Gəncə hadisələrinin əsas səbəbkarları Əli Kərimli, İsa Qəmbər və Pənah Hüseyn kimi şəxslərdir. Azərbaycan xalqını qardaş qırğınına vermiş bu şəxslər qanun qarşısında cavab verməlidirlər».

«Yeni Müsavat» isə 4 iyun qiyamını təşkil edənlərin Azərbaycana dəhşətli zərbə vurduğunu yazır. Qəzetə görə, «4 iyun qiyamı baş verməsəydi, ərazi bütövlüyümüz çoxdan həll olunacaqdı, siyasi-iqtisadi azadlıqlar tam bərqərar olacaqdı».

MƏTBUAT ÜÇÜN QAPANAN DAİRƏ

«Bizim yol» qəzeti isə mətbuat üçün dairənin qapandığını yazır. «İnformasiya əldə etmək haqqında» qanuna təklif edilən əlavə dəyişiklikləri şərh edən media ekspertləri qəzetə müsahibələrində deyiblər ki, «hökumət qara bazarını gizləyən» dəyişiklikdən «araşdırma jurnalistikası böyük zərbə alacaq».

«EUROVİSİON 2012» VƏ BƏZİ BƏDNİYYƏT MÜXALİFƏT

«Azərbaycan» qəzeti yazır ki, «Eurovision 2012» Azərbaycanı dünyaya dinamik inkişafda olan ölkə kimi tanıtdı. Qəzetə görə, bunun əksinə olaraq «Müxalifət isə dövlətin və xalqın mənafeyinin müdafiəsini deyil, özlərinin hakimiyyət hərisliyinin ən rəzil formasını nümayiş etdirdi».

«Bəzi bədniyyət, antiazərbaycançı mövqeyi ilə daim seçilmiş müxalif qüvvələr hətta düşmən mövqelilərlə eyni cəbhədə olduqlarını bir daha ortaya qoydular».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG