Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:04

Liviyada yeni döyüşlər başlayıb



Liviya rəsmilərinin məlumatına görə iyunun 4-də sihalı dəstə paytaxt Tripolidə beynəlxalq hava limanını mühasirəyə alıb. Buna görə təyyarələr paytaxtdakı hərbi hava limanlarına enməli olub.

Adının çəkilməsini istəməyən bir Liviya rəsmisi Reuters agentliyinə bildirib ki, onlar Al-Avfea qrupudur. Onlar bir gün əvvəl həbs olunan liderlərindən birinin azad olunmasını tələb edirlər. Sonradan müvəqqəti hökumətin əsgərləri hava limanına nəzarəti ələ alıblar.

Liviya Milli Keçid Şurasının sözçüsü Mohammed al-Harizy deyir ki, Al-Avfea qrupunun lideri dünən gecə naməlum adamlar tərəfindən oğurlanıb.

Liviyada silahlı qruplar tez-tez öz tələblərini çatdırmaq üçün hökumət binalarına belə hücumlar edirlər.
XS
SM
MD
LG