Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

Suriyada həftəsonu azı 80 hökumət əsgəri öldürülüb



Bunu Suriyadakı müxalifətin Azad Suriya Ordusu bildirir. Bu Ordunun sözçüsü deyib ki, artıq onlar da BMT-nin sülh planından imtina edirlər. Müxalifət prezident Bashar al- Assadı BMT-nin keçmiş Baş katibi Kofi Annaın təklif etdiyi bu planı icra etməməkdə suçlayır.

İyunun 4-də Rusiyada Sankt-Peterburq şəhərində Avropa Birliyi liderləri ilə Rusiya prezidenti arasında görüşdə də Suriya problemi müzakirə edilib. Avropa Komissiyanın prezidenti görüşdən sonra bildirib ki, Moskva və Avropa Birliyi Kofi Annanın sülh planını Suriyada vətəndaş müharibəsindən çıxmağın ən yaxşı yolu qəbul edirlər.
Rusiya uzun müddətdir ki, prezident Assadı müdafiə edir.

BMT son 15 ayda Suriyada prezidenti istefasını tələb edənlərlə hökumət qüvvələri arasında döyüşlrədə 10 mindən çox adamın həlak olduğunu bildirir.
XS
SM
MD
LG