Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:05
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri prezident İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Onlar ötən ilin aprelində İctimai Palatanın aksiyasında həbs olunan müxalifətçilərin azadlığa buraxılmasını istəyiblər.

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

«Amma biz təkcə aprel məhbuslarının yox, həm də Səid Dadaşbəyligilin, İslam Partiyasının üzvlərinin, hicaba görə həbs edilənlərin də buraxılmasını istəmişik».

Novella Cəfəroğlu bu müraciətin səbəbini belə izah edib: «Qarşıdan iyun sessiyası gəlir. Biz də istəyirik orda Azərbaycandakı siyasi məhbus məsələsi qaldırılmasın. Ora bu problemsiz gedək».

Novella Cəfəroğlu deyir ki, müraciət bir həftə öncə göndərilib. Hələlik onlara cavab verilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG