Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Azərbaycanlı jurnalistlər erməni həmkarları ilə şifahi razılıq əldə etdiklərini deyirlər


Arxiv foto.

Arxiv foto.

İyunun 4-də Moskvada Azərbaycan və Ermənistan jurnalistlərinin görüşü keçirilib. APA informasiya agentliyinin məlumatına görə iki ölkə jurnalistləri media rəhbərləri dövlət başçıları, xalq nümayəndələrinə qarşı mətbuatda qeyri-etik ifadələrin səslənməməsi, xalqlar arasında düşmən obrazının yaradılmasının azaldılması barədə şifahi razılıq əldə ediblər.

“Rossiyskaya qazeta”nın redaksiyasında keçirilən görüşü Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy təşkil edib. Müzakirəyə hər iki ölkədən beş media orqanının rəhbəri qatılıb.

Görüşdə Azərbaycandan “Baku Post” qəzetinin, “1news”, “Trend” informasiya agentliyinin, “News.az” xəbər portalının rəhbərləri və müstəqil jurnalist Azər Həsrət iştirak edib.

İki ölkə jurnalistləri bundan əvvəl də bir dəfə Moskvada görüşüblər. Bu gün yenidən görüşüb müzakirələri davam etdirmək qərarına gəliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG