Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

Avropa Birliyi Serbiya prezidentini tarixi təzədən yazmaq cəhdində ittiham edir



İyunun 4-də Avropa Birliyi Serbiyanın yeni prezidentini Serebrenicada müsəlmanlara qarşı soyqırımı olmasını inkar cəhdlərini tarixi yenidən yazmaq istəyi adlandırıb. 1995-ci ildə Bosniya müharibəsi zamanı Serbrenicada 8 000 nəfərə yaxın müsəlman kişi və gənc oğlan qətlə yetirilib.

Serbiyanın yeni prezidenti Tomislav Nikolic isə iyunun 1-də deyib ki, Serebrenica qırğını heç də soyqırımı olmayıb.

Bu gün Avropa Komissiyasının sözçüsü Pia Ahrenkilde bildirib ki, onlar qətiyyətlə tarixi yenidən yazmaq cəhdlərinə qarşıdırlar. O, əlavə edib ki, Serbrenicada müsəlmanlara qarşı soyqırımı törədilməsi keçmiş Beynəlxalq Cinayətlər Məhkəməsinin Yuqoslaviyaya dair qərarlarında əksini tapıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG