Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:26

40 ildən sonra gələn şöhrət


Rusiya. Eduard Khil Moskva Grand Kremlin Sarayında ifa edərkən. 27 noyabr 2011
Rusiya. Eduard Khil Moskva Grand Kremlin Sarayında ifa edərkən. 27 noyabr 2011
Bu günlərə qədər Eduard Khil internetə girməzdi. İndi isə 75 yaşlı Eduard vaxtının çoxunu elektron ünvanına gələn pərəstişkar məktublarına sərf edir.

Adı çoxdan yaddan çıxmış Brezhnev dövrünün estrada müğənnisi indi gecikmiş məşhurluğunun dadını çıxarır. Onun köhnə musiqi kliplərindən birini anonim adminstrator YouTube-da yerləşdirdikdən sonra klip virus kimi yayılıb.

1976-cı il klipində Khil qəhvəyi «dvuxportno» pencəkdə görünür. Klipi qəribə edən odur ki, mürəkkəb adına - «Elə xoşbəxtəm ki, nəhayət evə qayıdıram» - baxmayaraq, mahnı lirik deyil. Əvəzində Khil zümzümə edir, gülür, uzun «la-la» deyir. Buna görə o, «cənab Trololo» ləqəbini qazanıb.

Eduard Khilin ifa etdiyi mahnı

Eduard Khilin ifa etdiyi mahnı

Uzun illərdən sonra Sankt-Peterbuqrdakı mənzilindən telefonla danışan Eduard deyib ki, o, sözləri unutmamışdı.

Khil yenidən «dirildən» klip yeni azarkeşlər ordusu qazanıb.

12 milyondan çox adam artıq bu video-klipə baxb, minlərlə adam Rusiyalı baritonun dünya turuna səfəri və öz «trololo» melodiyası ilə yer kürəsinin hər yerindəki dinləyiciləriylə görüşməsi üçün on-line müraciətə imza atıb.

«BU MUSİQİYƏ MƏTNİ BİRLİKDƏ YAZAQ»

Eduard Khil YouTube yerləşdirdiyi video-müraciəti ilə yenidən hamını təəccübləndirib. O, pərəstişkarlarını çağırır ki, bu melodiyaya mətn yazsınlar.

- «Vokalist» adlanan bu musiqiyə mətn yazın. Yəqin ki, hər bir ölkədə hərə bir cür başa düşür. Şərt deyil ki, bütün musiqiyə mətn yazın, bir bənd, bir misra yazın. Və sonra biz internetdə toplaşıb seçim edək ki, bu mahnını hansı sözlərlə ifa edək.

O, artıq dünyanın hər yerində məşhurlaşıb. Onun fanlarından biri ona İspaniyadan bir video-süjet göndəriblər:

- Onlar klip çəkiblər, mən o qədər güldüm ki. Onlar xüsusi kostyum geyiniblər, müğənni məni parodiya etməyə çalışır. Bu əyləncəlidir, bəyəndim.

SENZURADAN QORXU MAHNINI SÖZSÜZ EDİB

Fərqli, konvoy-sinkop edilmiş (vəznin müntəzəm gedişini pozan ritmik fiqurla) mahnını 1966-cı ildə populyar bəstəkar Arkady Ostrovsky yazıb. Orijinal versiyada mahnı sözsüz deyil, bir kişinin əhvalatını danışır. Johnny Amerika çöllüyündən keçərək öz atı ilə corab toxuya-toxuya onun qayıtmasını gözləyən sevgilisinə sarı çapır.

Amma Khil və Ostrovsky nəticədə qərara alıblar ki, mahnı sovet senzurasından keçməyəcək. Ona görə də mahnını sözsüz ifa etməyə üstünlük veriblər. Bu gün müğənni deyir ki, uzun müddət mətni yadda saxlaya bilməz.

ŞÖHRƏTDƏN XƏBƏRSİZ

Khil bir müddət mahnısı ətrafında olan hay-küydən xəbərsiz olub. 13 yaşlı nəvəsi bu melodiyanı zümzümə edəndə o, heyrətlənib:

«Nəvəm Eduard mənə dedi ki, «baba, sənin internetdəki mahnını hər kəs bilir, dünyanın hər yerində - Yaponiyada, İngiltərədə, Amerikada. Onlar hətta qısa qol köynəklər də satırlar».

Eduard Khil 1966
Eduard Khil 1966
Amma aydın deyil ki, Khilin ifasında tamaşaçıları nə cəlb edir: onun oxuduğu melodiya, 70-ci ilin geyimi, yoxsa onun məzəli jestləri?

İstənilən halda ona maraq azalmır.

«Facebook»-dakı səhifəsini 190 mindən çox adam bəyənib və bir neçə sayt «Trololo» əşyalar satır.

Klipi amerikalı siyasi satirik Stephen Colbert və Oskar mükafatçısı avstriyalı aktyor Christoph Waltz tərifləyib.

«O, KÖHNƏ MAHNI KİMİ SƏSLƏNMİR»

Ancaq Khil bu qəfil məşhurluğa laqeyd görünür:

- Mən sevindim, amma təəccüblənmədim. Çünki bu, həqiqətən də gözəl melodiyadır. Mən onu şən oxumağa çalışdım, bu, nəşəli mahnıdır. Hətta 1966-cı ildə yazılmağına baxmayaraq, o, köhnə mahnı kimi səslənmir.

O, keçmiş SSRİ-də məşhur olub. Sovet hökuməti onu xalq artisti adı ilə mükafatlandırıb. 1970-80-ci illərdə ona 80-dən çox ölkəyə səfər etməsinə imkan yaradıb.

SSRİ-nin dağılmasından sonra Khil bir neçə il Parisdə yaşayıb, burdakı Rusiya restoranında oxuyub. Sonra vətəninə qayıdıb.

Sayta hazırladı: Səadət Akifqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG