Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Çin ABŞ-ın Tiananmen çağırışından məyus olub


Çinin Xarici İşlər Nazirliyi bildirir ki, 23 il əvvəl Tiananmen Meydanında etirazlarla zamanı tutulanların azadlığa buraxılması barədə ABŞ-dan gələn çağırışlardan məyus olduğunu bildirir. Çindəki insan haqları təşkilatlarının məlumatına görə o zaman tutulanlardan 10 nəfərə yaxını hələ də həbsdə saxlanır.

1989-cu ildə Çinin paytaxtı Pekində Tiananmen Meydnaında demokratiya tələb edən fəalların altı həftə davam etmiş mitinqini hökumət silahlarla dağıtmışdı. Çin hakimiyyəti bunu “əksinqilabi üsyan” adlandırır. Aksiya dağıdılarkən yüzlərlə dinc sakin öldürülmüşdü.

Mayın 3-də ABŞ Dövlət Departamenti Çini həmin hadisə zamanı öldürülən, həbs edilən, itkin düşənlərlə bağlı araşdırma aparıb günahkarların cəzalandırılmasına çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG