Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:28

Hacıkənddə məcburi köçkünlərin yaşadığı 50-dən çox evin dam örtüyü dəyişdirilir


Məcburi köçkünlərin yaşadığı evlərin 95 faizinin dam örtüyü istismara yararsızdır.
Bu barədə Hacıkənd qəsəbəsinin icra nümayəndəsi Hümbət Hüseynov məlumat verib. Bildirib ki, təmir işlərini Gəncə şəhər icra hakimiyyəti daxili vəsaitləri hesabına həyata keçirir.

«Hacıkənd dağlıq ərazidə olduğundan tez-tez dolu və güclü yağış yağır. Xeyli vaxtdır evlərin dam örtüklərində əsaslı təmir işləri aparılmadığından yarasız hala düşüb. Yağış yağanda evlərə su damır. Artıq örtüklərin dəyişdirilməsinə başlanılıb. Siyahı üzrə istismara yararsız olan 50 evin dam örtüyü yenilənəcək. Bu da dam örtüyü bərbad halda olan evlərin 95 faizini təşkil edir».

Hümbət Hüseynov deyir ki, bu işlər də müvəqqəti xarakter daşıyır. Belə ki, həmin evlərin sakinləri üçün Goranboy və Göygöl rayonlarında 5 mərtəbəli binalar tikiləcək. Həmin ərazidə tikiləcək evlərdə Hacıkənddə məskunlaşmış köçkünlərin hamısı yəni 519 ailəsi köçürüləcək».

Yeni hündür mərtəbəli evlərin tikintisinə sentyabr ayında başlanacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG