Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:34

Ermənistan Müdafiə Nazirliyi sərhəddəki atışmadan danışıb


Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, iyunun 4-də Azərbaycan tərəfdən sərhədi keçmək istəyənlərlə atışma zamanı 3 erməni əsgəri öldürülüb.

Ermənistanın hərbi dairələri sərhədi keçmək istəyənlərin diversant olduqlarını güman edirlər. Və bəyan ediblər ki, onlar Ermənistanın şimal qərbi bölgəsinə - Tavuşa keçmək istəyiblər.

Ermənistan tərəf sərhədi keçmək istəyənlərin öldürülməsi və ya əsir götürülməsi haqda məlumat vermir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu isə «Trend»ə açıqlamasında bu xəbərə belə münasibət bildirib:

«Belə yanlış və yayındırıcı məlumatların dövriyyəyə buraxılmasının özəl səbəbi var. Ermənistanın daxilində baş qaldıran siyasi çəkişmələr və qrup maraqları ordunun içərisinə də yol taparaq silahlı münaqişələrə rəvac verir».

Eldar Sabiroğlu bildirib ki, növbəti insidentin də bununla bağlı olması qənaətindəyik.
Ermənistandasa bu hadisənin ABŞ dövlət katibi Hillary Clintonun bölgəyə səfəri ərəfəsində baş verməsinə diqqət çəkirlər.
XS
SM
MD
LG