Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:29

Qərb bölgəsində icma fondları yaradılır


Layihə Gənc Liderlər Təlim Təhsil İctimai Birliyi tərəfindən həyata keçirilir.

Bu barədə Birliyin təlim koordinatoru Aytən Abdullayeva məlumat verib. Bildirib ki, layihənin məqsədi kiçik icmalara fondların yaradılması ilə bağlı kömək göstərməkdir.

«İcma fondlarının yaradılması layihəsini Samux və Qazax şəhərlərində icra edirik. Artıq Samuxun 3 kəndində Qovlarsarı, Sarıqamış və Qırmızısamux kəndlərindəki icma qruplarına təlim keçmişik. Gələn həftə isə Qazax rayonunda təlim qrupları ilə işləyəcəyik. Hər kənddə təlim qrupunda 20 nəfər iştirak edir».

Aytən Abdullayeva deyir ki, icmaların və təşəbbüs qruplarının yaradacağı fondlar kəndlərin inkişafına yönələcək.
XS
SM
MD
LG