Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:43

Əhməd Cavadın 120 illik yubileyi qeyd olunacaq


Əhməd Cavad (1892 - 1937)
Əhməd Cavad (1892 - 1937)
İyunun 5-də, saat 18-də Azərbaycan Dövlət Filarmoniyasında böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim, Azərbaycanın Dövlət Himni sözlərinin müəllifi Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Bildirilir ki, prezidentin «Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi haqqında» imzaladığı sərəncama uyğun olaraq keçirilən tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimləri, KİV nümayəndələri iştirak edəcək.

Yubileydə tanınmış sənət adamları şair haqqında danışacaq, şeirlərindən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək.

Tədbirin aparıcısı millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Xəbərdə vurğulanır ki, Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir.

O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG