Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42
Azərbaycan yazıçısı Şəbnəm Xeyrulla İnternetdəki bəzi resurslarda onun əsərlərinin erməni xalqına nifrət aşılaması haqda yerləşdirilmiş materiallara etirazını bildirib.

O, mətbuat üçün açıqlamasında bildirir ki, Ermənistandakı bəzi İnternet forumlarında da pyes və məqalələrinin nifrət və düşmənçilik aşılayan yazılar kimi təqdim olunmasını qəbul etmir.

Yazıçı bildirir ki, həmin saytlarda yerləşdirilmiş yazılarının heç birində düşmənçilik toxumları yoxdur. "Ümumiyyətlə, hər yazımda göstərmək istəmişəm ki, Azərbaycan Respublikasının vətəndaşı olan, bu dövlətin ərazi bütövlüyünü, qanunlarını tanıyan istənilən şəxsə millətindən asılı olmayaraq hörmətim var. Bu bizim dövlətin mövqeyi olduğu kimi, ayrı-ayrılıqda hər bir vətəndaşın da fikridir".

Yazıçı istəyir ki, belə məsələlər diqqətdən kənarda qalmasın. "Heç olmasa yanlış informasiya verdikləri və insanları sapdırmaqla məşğul olduqları üçün həmin sayt və portallara hər hansı bir xəbərdarlıq edilsin".

Günün bütün mövzuları

XS
SM
MD
LG