Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:54

Pakistanda 15 yaraqlı öldürülüb


Pakistanın şimal-qərbində pilotsuz təyyarənin zərbəsi nəticəsində 15 yaraqlı öldürülüb.

Bu barədə Pakistan rəsmiləri məlumat yayıb.

Hadisə Şimali Vəziristanın Mir Əli şəhəri yaxınlığında olub.

Şimali Vəziristan Əfqanıstanla sərhəd ərazilərdən biridir və Əl-Qaidə və Talibançıların fəal olduğu regiondur.

Ötən il sərhəddə 24 pakistanlı hərbçinin öldürülməsindən sonra Pakistan hökuməti Əfqanıstandakı pilotsuz təyyarələrin zərbəsinin dayandırılmasını istəyib.

ABŞ bundan imtina etsə də, bu günə qədər pilotsuz təyyarələrin hücumunu azaldıb.
XS
SM
MD
LG