Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:13

Keçmiş prezident və ailə üzvləriylə bağlı qanun müzakirə ediləcək


İyunun 12-də Milli Məclisin növbədənkənar iclası keçiriləcək. İclasda «Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanunu təkrar səsverməyə çıxarılacaq. Məlumatı «Trend» yayıb, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğluna istinadla.

Həmin iclasda daha 10 məsələ müzakirəyə çıxarılacaq. Gündəliyə Şəhərsalma və Tikinti Məcəlləsi (ikinci oxunuş), «Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında», «İnformasiya əldə etmək haqqında» qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də salınıb.

«Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» qanun prezident vəzifəsini tutmuş, vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil ediləcək. İmpiçment qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərsə bu qanunun verdiyi üstünlüklərdən yararlana bilməyəcəklər.

Keçmiş prezident dövlət başçısının aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. O vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub.

Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.
XS
SM
MD
LG